Azərbaycanda əhalinin daha çox hansı məhsullara pul xərclədiyi məlum olub | Banco.az

Azərbaycanda əhalinin daha çox hansı məhsullara pul xərclədiyi məlum olub

Azərbaycanda əhalinin daha çox hansı məhsullara pul xərclədiyi məlum olub.

2022-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,0 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,0 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

trend.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et