Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? | Banco.az

Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəldir. Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur. Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələb ilə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsirsiz deyil”.

Banco.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bütövlükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub.V.Bayramov bildirib ki, istənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır:

“Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib. Ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20, inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir”.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili qeyd edib ki, bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et