Azərbaycanda əhali daha çox nəyə pul xərcləyir? | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda əhali daha çox nəyə pul xərcləyir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

”Müşahidələrimiz göstərir ki, Azərbaycanda əhali gəlirlərinin təqribən 10 faizini alış-verişə və xüsusən də geyimə xərcləyir”.

Bunu tanınmış ekspert Ahmed Kandemir deyib. O bildirib ki, son vaxtlar əhalinin qidadan  sonra tekstilə pul sərf etməsinə əsas səbəb marketinq siyasətidir:

“Bildiyiniz kimi, hazırda geyim sektorunda 25-30 faiz məhsullar xaricdən gəlir. Bazarda qiymətlər arasında ciddi fərqin olması rəqabət və papulyarlıq yaradır.Nəticədə, alıcı yüzlərlə çeşid arasında seçim edib müqayisə etmək imkanı qazanır”.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 821.5 milyon manat vəsait xərclənib. 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən,  bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram