Bu ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 131,9 milyon manat ipoteka krediti verilib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 4,4 dəfə azalaraq 34,8 milyon manat, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 2,1 dəfə artaraq 125 mln manat olub.
Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 3,1 dəfə artaraq 123,4 milyon manat olub.
report.az
Onlayn kredit sifarişi üçün link-ə keçid edə bilərsiniz: https://bit.ly/2YB46UB
Bizi sosial şəbəkələrdən izləyin!!