Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 60 dəfə azalıb | Banco.az

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 60 dəfə azalıb

 Bu ilin yanvar-iyul aylarında "Azərbaycan İpoteka Fondu" ASC-nin müvəkkil bankları dövlət xətti ilə 1,1 mln. manat ipoteka krediti verib. Bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,3 dəfə azdır.

Ən sərfəli kredit üçün müraciət et

Son 1 ildə ipoteka kreditlərinin orta məbləği 0,5% və yaxud 185 manat artaraq 40 883 manat, kreditlərin orta müddəti 1 ay artaraq 280 ay (23 il 4 ay), kreditin orta illik faiz dərəcəsi 0,02 faiz bəndi azalaraq 6,7%, kreditlərə görə aylıq ödənişin məbləği isə 0,5% və yaxud 1,4 manat azalaraq 296,1 manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et