Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 14% azalıb | Banco.az

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 14% azalıb

Bu ilin I yarısında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 100,7 milyon manat ipoteka krediti verilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 25,2% artaraq 135,6 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 57,9% azalaraq 40 milyon manata düşüb.

Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 60% azalaraq 20 milyon manat olub. 

Report.az