Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqularının Müdafiəsi Dövlət Xidmətinin təqdim etdiyi məlumatlara əsasən, 2019-cu ildə “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş medtodlar tətbiq etməklə dövlət vəsaitləri hesabına ümumilikdə 5,7 milyard manat məbləğində satınalmala müqavilələri bağlanıb və 11 457 sayda müsabiqə keçirilib.
Bu barədə Hesablama Palatasının “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.
Rəyə əsasən, 2018-ci illə müqayisədə satınalmaya cəlb edilmiş məbləğ 93 milyon manat və yaxud 1,6% az olsa da, keçirilmiş müsabiqələr 534 sayda və yaxud 4,9% çox olub.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!