Azərbaycanda dövlət büdcəsinə dair daxilolmalar proqnozu 75% üstələyib | Banco.az

Azərbaycanda dövlət büdcəsinə dair daxilolmalar proqnozu 75% üstələyib

2021-ci ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 612,9 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 2,8 % çoxdur.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ötən il dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan büdcəyə 880 milyon manat, Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına isə 250 milyon manat və yaxud proqnozla nəzərdə tutulmuş məbləğlərdə vəsait daxil olub.

Dövlət büdcəsinə sair daxilolmalar isə 412 milyon manat təşkil edib ki, bu da proqnozdan 74,6% çoxdur.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et