Azərbaycanda donor təşkilatlara tələblər sərtləşdirilib | Banco.az

Azərbaycanda donor təşkilatlara tələblər sərtləşdirilib

Azərbaycanda donor təşkilatlara tələblər sərtləşdirildi. Azərbaycanın Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında müvafiq dəyişiklik edib. Banco-nun Trend-ə istinadən verdiyi məlumata əsasən, qərarın mətni Nazirlər Kabinetinin rəsmi nəşrində dərc olunub.

Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et