Nağd valyuta ilə mübadilə əməliyyatlarında Azərbaycanda dollar satışı kəskin artıb.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, dolların satış həcmində ən yüksək hədd 2015-ci ildə qeydə alınıb.
Statistikaya əsasən, 2014-cü ildə nağd valyuta əməliyyatlarında dolların satışı 9 milyard 373 milyon səviyyəsində olub. 2015-ci ildən başlayaraq həm banklarda dollarlaşmanın artması, həm də əhalinin əlində olan manatı sataraq dollar alması dolların satışını rekord həddə qaldırıb. Belə ki, 2015-ci ildə bu göstərici 12 milyard 317 milyon təşkil edib.
2016-cı ildən isə Azərbaycanda dollar qıtlığı dövrü başlayır. Ötən ilin 11 ayında 2015-ci illə müqayisədə nağd valyuta mübadiləsi əməliyyatlarında dolların satışı düz 6 dəfə azalıb.
Rəqəmlə ifadə etsək, bu həcm 2 milyard 867 milyon dollar olub. Avronun satışında isə illər üzrə tendensiya fərqlidir. Belə ki, 2014-cü ildə avro satışı yüksək həddə olub və nağd valyuta mübadiləsi zamanı 2 milyard 87 milyon avro satılıb.
2015-ci ildə dollar möhkəmlənməyə başlayanda Azərbaycan əhalisi avro alışını 2 dəfə azaldıb və ümumilikdə, həmin ildə 1 milyard 74 milyon avro satılıb. 2016-cı ilin 11 ayında da düşmə tendensiyası davam edib. Avro satışı 2 dəfə azalaraq cəmi 538 milyon avroya düşüb.
Nağd xarici valyuta ilə mübadilə əməliyyatları - satış (min valyuta vahidi).
İl |
US $ |
EURO € |
RUR |
2014 |
9373100,3 |
2087447,0 |
2407109,3 |
2015 |
12317396,4 |
1074476,9 |
2385745,8 |
2016-cı il, 11 ay |
2867308,0 |
537528,2 |
2000847,9 |
Mənbə: Fins.az