Azərbaycanda dollar bahalaşa bilər? | Banco.az

Azərbaycanda dollar bahalaşa bilər?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Manatın dollar nisbətən məzənnəsi Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi, bu tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib.

“Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.

Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz və daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, son bir ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlama ilə bağlıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et