Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Cari ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı ötən lin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 522,0 min ton olub.
Banco.az xəbər verir ki, hesabat dövründə süd istehsalı 1,9 faiz artaraq 2036,3 min ton, yumurta istehsalı isə 8 faiz artaraq 1821,5 milyon ədəd olub.
Bununla yanaşı ötən illə müqayisədə yun istehsalı 2,3 faiz azalaraq 15,6 min ton, barama istehsalı isə 31,4 faiz azalaraq 341,4 ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!