Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi artıb | Banco.az

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi artıb

Azəraycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-noyabr aylarında daşınan yüklərin həcmi 8313,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,4 faiz artıb. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, yüklərin 54,9 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 12307,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10190,4 min tonunu və ya 82,8 faizini tranzit yüklər təşkil edib. 

2023-cü il dekabr ayının 1-nə olan vəziyyətə görə,  limanlarda qalan yüklərin həcmi 405,8 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 21,8 min nəfər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram