Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımalar 15%-dək artıb | Banco.az

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımalar 15%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 713,7 min sərnişin daşınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 14,6% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında bu nəqliyyat növü ilə 622,6 min sərnişin daşınmışdı.

Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında 1,5 milyon ton yük daşınıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 9,6 faiz artım müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram