Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə İnvestisiya Xəritəsi hazırlanır | Banco.az

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə İnvestisiya Xəritəsi hazırlanır

Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə İnvestisiya Xəritəsi hazırlanır. Məqsəd bu sahəyə investisiyalar cəlb etməkdir.

Bunu Bakıda keçirilən "Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası" mövzusunda təlim proqramında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bildirib.

O, ölkəmizin BMT-yə üzv olduğu tarixdən etibarən təşkilatla əməkdaşlığının uğurla davam etdiyini, bu müddətdə təşkilatın müxtəlif ixtisaslaşmış qurumları ilə bir sıra layihələrin icra olunduğunu diqqətə çatdırıb.

"Bu layihə çərçivəsində bu ilin noyabr ayında Bakıda DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi üçün BMT-nin İnkişaf Proqramı ilə birgə "Dayanıqlı İnkişafa dair ikinci Bakı Forumu"nun keçirilməsi nəzərdə tutulur. DİM-lərin icrasında maarifləndirmənin əhəmiyyətini böyükdür və bu günkü təlim proqramı bu xüsusda vacibdir", - deyə nazirlik rəsmisi qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et