Azərbaycanda daşınmaz əmlaka kreditlər artıb | Banco.az

Azərbaycanda daşınmaz əmlaka kreditlər artıb

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlərin ümumi həcmi 2017-ci il aprelin 1-nə 5 393,3 mln. manata enib. Bu, aylıq müqayisədə 135,3 mln. manat və ya 2,45%, illik 2 189,9 mln. manat və ya 28,88% azalma deməkdir.

Bu barədə Azərbyacan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.

Ev təsərrüfatlarına kreditlərin cəmi kredit qoyuluşunda xüsusi çəkisi aprelin 1-nə 34,7%-ə düşüb. Qeyd edək ki, əvvəlki ayda bu göstərici 34,8%, əvvəlki ilin müvafiq dövründə 38,5% olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat ayında ipoteka krediti də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılan kreditlərin həcmində isə artım qeydə alınıb. Bu sahəyə kreditlər martda 25,3 mln. manat və ya 1,49% artaraq aprelin 1-nə 1 721,4 mln. manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 187,3 mln. manat və ya 12,21% artım baş verib. Həmçinin, bu kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi də 11,1%-ə yüksəlib. Martın 1-nə həmin kreditlərin xüsusi çəkisi 10,7%, ötən il aprelin 1-nə 7,8% təşkil edib.

Mənbə: Report.az