Azərbaycanda daşınmaz əmlak alanlara 17 mln. manatdan çox ƏDV geri qaytarılıb | Banco.az

Azərbaycanda daşınmaz əmlak alanlara 17 mln. manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Bu barədə Dövlət Vergi Xidməti xəbər verir.

    Belə ki, cari ilin yanvar-iyun ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 17 milyon 50,4 min manat təşkil edib.