Azərbaycanda daha 99 dövlət əmlakı özəlləşdiriləcək | Banco.az

Azərbaycanda daha 99 dövlət əmlakı özəlləşdiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 10-da yeni özəlləşdirmə hərracı keçirəcək.

Komitədən "Report"a verilən xəbərə görə, bu hərraca ümumilikdə 99 əmlak çıxarılıb, bunlardan 21-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri Sabirabad, Ağsu, Bərdə, Şirvan, Lənkəran, Tərtər, Kürdəmir rayonlarında yerləşir. Bunlar əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 69 min manatla 851 min manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən yüksək olan əmlak “Sabirabad Mexanikləşdirmə” ASC-dir. Adı çəkilən əmlakın səhmlərinin 30%-i 127 552 min manata təklif olunur. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Zaqatala Fındıq” ASC-dir. Həmin əmlakın səhmləri isə 125 992 min manata iştirakçılara təklif edilir.

Ən sərfəli kredit üçün müraciət et

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəmkir, İmişli, Sumqayıt, Xaçmaz, Gəncə və digər şəhər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların bəzilərinin sahəsi 221 kv.metr ilə 62 995 kv.metr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə çıxarılan əmlak İmişli Yardımçı Təsərrüfatı olacaq. Belə ki, bu əmlak 500 min manata təklif edilir. Torpaq sahəsi isə 1 889 934,2 kv.metr təşkil edir. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Şəmkir şəhərində yerləşən yun tədarükü məntəqəsi 350 min manat, Gəncədəki təsərrüfat hesablı poliklinika 212,5 min manat qiyməti ilə seçilənlər sırasındadır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et