Azərbaycanda daha 5 dövlət əmlakı özəlləşdirilib | Banco.az

Azərbaycanda daha 5 dövlət əmlakı özəlləşdirilib

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

Hərracda 1-i kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 5 əmlak özəlləşdirilib.

Həmin qeyri-yaşayış sahələrindən 3-ü Bakıda (Səbail, Suraxanı və Nərimanov rayonlarında), 1-i Ağstafa rayonunda, kiçik dövlət müəssisəsi isə paytaxtda yerləşir.

Budəfəki hərrac da rəqabətli olub. Belə ki, Səbaildəki qeyri-yaşayış sahəsinin ilkin qiyməti 25 min manat olsa da, sonda 40 250 manata özəlləşdirilib.

Qeyd edək ki, istifadəsiz qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 15 -124,8 kv arasında dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Mənbə: Report.az