Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
Komitədən verilən məlumata görə, hərracda Bakıda yerləşən 3 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, eləcə də 6 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərracda başlanğıc qiyməti 6 min manat olan “Volkswagen Passat” markalı avtomobil 8 min manata, başlanğınc qiyməti 1705 manat olan “Chevrolet Niva” markalı avtomobil isə 3 500 manat “əl dəyişdirib”. Hər iki avtomobil 2007-ci ilin buraxılışıdır.
Özəlləşdirilən kiçik dövlət müəssisələrinə misal olaraq Bakının Xəzər rayonunda yerləşən, ümumi faydalı sahəsi 100 kv.m.-ə yaxın olan 128 saylı və 86 kv.m. olan 102 saylı mağazaları göstərmək olar.
Sahibi dəyişmiş istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Sabunçu rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 28 kv.m-dən çoxdur.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
Mənbə: Report.az