Azərbaycanda cəmi depozit bazasının həcmi tarixi maksimuma çatıb | Banco.az

Azərbaycanda cəmi depozit bazasının həcmi tarixi maksimuma çatıb

Bu ilin iyunun 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,991 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 7% çoxdur.

Bu, indiyədək qeydə alınmış cəmi depozit bazasının ən yüksək həcmidir. Aylıq müqayisədə depozitlərin həcmi 3,2%, ilin əvvəlindən isə 5,6% artıb.

Qeyd edək ki, yerləşdirilmiş depozitlərin 52,4%-i xarici valyutada olub və dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2014-cü ilin dekabrında olub (49,9%).

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram