“2014-2015-ci illərdə banklar 3-5% gəlir götürsələr də, ötən il bank sektorunun zərəri 1 milyard manatdan çox olub”.
Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
V.Əhmədov hesab edir ki, bu gün Azərbaycanda 32 bank çoxdur:
“Bankların birləşməsi və ya bağlanması o vaxta qədər davam edəcək ki, ölkədə cəmi 20-ə yaxın bank qalacaq. Bu proses 1 il də davam edə bilər, 2 il də”, - deyə o qeyd edib.
Millət vəkili həmçinin deyib ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən önəmli məsələ bank sisteminin sağlamlaşdırılmasıdır. Söhbət bankların bağlanmasından deyil, birləşməsi, təmərküzləşmə prosesindən gedir.
©Fins.az