Azərbaycanda çay yığımının həcmi məlum olub | Banco.az

Azərbaycanda çay yığımının həcmi məlum olub

Ötən il Azərbaycan ərazisində 851,3 ton çay yarpağı yığılıb.

Bunu Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İlkin Ələkbərli deyib. Onun sözlərinə görə, bu göstərici 2018-ci illə müqayisədə azdır:

“2018-ci ildə Azərbaycanda 868,6 ton çay yarpağı yığılmışdı. Bizim hesablamalarımıza görə, 2019-cu ildə azalmanın əsas səbəbi əkilən çay kollarının yeni olması və hələlik məhsul verməməsidir. Gələcəkdə məhsuldarlığın artımı gözlənilir”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycanda ən böyük çay plantasiyası Lənkəranda (628,5 hektar) yerləşir. Bundan başqa, Astara (345 hektar), Masallı (103 hektar) və Zaqatalada (60 hektar) çay plantasiyaları var. Ümumilikdə Azərbaycanda 1136,5 hektar torpaq çay əkini üçün istifadə olunur.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et