Azərbaycanda çay istehsalı 25% artıb | Banco.az

Azərbaycanda çay istehsalı 25% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2024-cü ilin yanvar-fevral aylarında 1 967.2 ton çay istehsal edilib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 25,1% artıb.

Məlumata görə, 1 mart tarixinə ölkədə hazır məhsul ehtiyatı 87,6 ton olub. 

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkədən 915,3 min dollar dəyərində 98,8 ton çay ixrac edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et