Azərbaycanda cari ildə yük və sərnişin daşımaları artıb | Banco.az

Azərbaycanda cari ildə yük və sərnişin daşımaları artıb

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

2022-ci ilin yanvar-noyabr ayları ərzində yük daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,9 faiz artıb.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə həmçinin, sərnişin daşımaları isə ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz artıb.

Qeyd edək ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 197,3 milyon ton yük daşınıb. Yüklərin 3,5 faizi dəniz, 8,6 faizi dəmir yolu, 0,2 faizi hava, 57,4 faizi avtomobil nəqliyyatı, 30,3 faizi isə boru kəməri ilə daşınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et