Azərbaycanda büdcə kəsirinin həcmi 10% azalıb | Banco.az

Azərbaycanda büdcə kəsirinin həcmi 10% azalıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinə 8 281,5 mln. manat vəsait daxil olub, büdcədən 9 348,5 mln. manat vəsait xərclənib. "Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, büdcənin icrasında yaranmış 1 067,0 mln. manatlıq kəsir ümumi daxili məhsulun 2,8%-i səviyyəsində olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 007,5 mln. manat, xərcləri 8 193,5 mln. manat təşkil edib. Büdcənin icrasında 1 186,0 mln. manatlıq və ya ÜDM-in 3,7%-i qədər kəsir yaranıb. Bununla da büdcə kəsirinin həcmi aylıq müqayisədə 10%, ÜDM-ə nisbəti isə 0,9 faiz bəndi azalıb.

Ən sərfəli krediti almaq üçün müraciət et