Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə cari ilin yanvar-sentyabr aylarında 937,2 milyon manat sığorta haqqı yığılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 28,2% çoxdur. Şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 400,4 milyon manata bərabər olub. Bu da illik müqayisədə 25,7% artım deməkdir.
Banco.az hesabat dövründə sığorta yığımlarının ən çox hansı növlər üzrə olduğunu araşdırıb.
Hesabat dövründə könüllü növlər üzrə ən çox yığımlar həyatın yaşam sığortası məhsulu üzrə toplanılıb. Belə ki, yığımların məbləği 389,8 milyon manata bərabər olub. İkinci yerdə 136,8 milyon manatla əmlak sığortası, üçüncü yerdə isə 99,8 milyonla tibbi sığorta məhsulu olub.
İcbari sığorta növləri üzrə ən çox yığımlar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasında (121,5 milyon manat) qeydə alınıb. İkinci yerdə 66,7 milyon manatla daşınmaz əmlakın icbari sığortası, üçüncü yerdə isə 60,6 milyon manatla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta məhsulu olub.
Bizi sosial şəbəkələrdən izləyin!!