Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 8,8 faiz artaraq 1002,8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3845,2 manat, qeyri-neft-qaz sektorunda 949,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 954,7 manat, özəl müəssisələrdə isə 1054,0 manat olub.
Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 702,0 manat), maliyyə-sığorta (2 878,3 manat), peşə, elmi və texniki fəaliyyət sahəsindədir (1 720,0 manat).
Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (563,8 manat) sahəsindədir.
Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 332,2 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 460,9 manat.
Bizi sosial şəbəkələrdən izləyin!!