Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3729,4 manat, qeyri neft-qaz sektorunda 959,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 975,2 manat, özəl müəssisələrdə isə 1044,1 manat olub.
Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 564,8 manat), maliyyə-sığorta (2 682,4 manat), peşə, elmi və texniki fəaliyyət sahəsindədir (1 710,7 manat).
Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (589,6 manat) sahəsindədir.
Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 322,9 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 197 manat.
Bizi sosial şəbəkələrdən izləyin!!