Azərbaycanda bu məhsullarda ucuzlaşma gözlənilir | Banco.az

Azərbaycanda bu məhsullarda ucuzlaşma gözlənilir

Azərbaycanda meyvə-tərəvəz bolluğu gözlənilir. Bolluq da öz növbəsində qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşdıracaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun sözlərinə görə, Azərbaycanda daxili bazarda kənd təsərrüfatı məhsullarına tələbat 5,1 % azalıb:

“Daxili tələbatın azalmasına təsir göstərən faktorlar toy və yas mərasimlərinin qadağan edilməsi,turizm obyektlərinin,kafe, restoran, iaşə obyektlərinin fəaliyyətinin dayandırılmasıdır. Bu obyektlər kənd təsərrüfatı məhsullarının topdan satış alıcıları sayılır. Məhsullar həmin obyektlər tərəfindən alınmır deyə, bazarda qalır. Bu da nəticə etibarilə məhsulun bolluğuna və qiymətlərin ucuzlaşmasına gətirib çıxarır". 

Vüqar Hüseynov hansı məhsullarda ucuzlaşmanın gözlənildiyi ilə bağlı da məlumat verib:

“Aqrar Tədqiqat Mərkəzinin əsas bazarlarda apardığı monitorinqin nəticələri göstərir ki, xüsusilə pomidor və xiyarın qiymətində 1 həftə əvvəl ilə müqayisədə kəskin ucuzlaşma müşahidə olunur. Şəxsi müşahidəmə görə, 1 həftə əvvəl salxım zirə pomidoru 5 manat idi. Hazırda market və bazarlarda 1.30-1.80 arasındadır. Bundan başqa kartof və soğanın qiymətində də ucuzlaşma gözlənilir. Bu proses karantin müddəti bitənə qədər davam edəcək”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, məhsul bolluğu və qiymətdə ucuzlaşma var. Əsasən də çiyələyin qiyməti əvvəlki illə müqayisədə xeyli ucuzlaşıb:

“Çiyələyi hazırda 3 manatdan da aşağı qiymətə görmək mümkündür. Əvvəllər çiyələk ixrac olunurdu, hazırda bu prosesdə azalma var. Kənd təsərrüfatı məhsullarının faha çox yerli bazara çıxması məhsul bolluğuna və qiymətlərin tənzimlənməsinə xidmət edə bilər. Təxmini 20-25 % ucuzlaşma gözlənilir. Bu sərhədlər açılana qədər davam edəcək”.

Yeniavaz

Ən sərfəli krediti almaq üçün müraciət et