Azərbaycanda bu məhsullar bahalaşıb | Banco.az

Azərbaycanda bu məhsullar bahalaşıb

2021-ci ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən, 3 faiz, əvvəlki ilin avqust ayına nisbətən 5 faiz artıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, mebellərin, soyuducuların, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, diş pastalarının, şampunların, dezodorantların, ucuzlaşma isə əsasən kondisionerlərin və mobil telefonların qiymətlərində müşahidə olunmuşdur.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

marja

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et