Azərbaycanda bu il benzin və dizel istehsalı kəskin artıb | Banco.az

Azərbaycanda bu il benzin və dizel istehsalı kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 443,7 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5%, neft koksunun istehsalı 45,8%, avtomobil benzininin istehsalı 31,1%, qazoylların (dizel yanacağının) istehsalı 26,1% artıb.

    Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 43,2%, mazut istehsalı isə 91,5% azalıb.

    Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

    Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

    Məhsul növləri

    2023-cü ilin yanvar-aprel aylarında istehsal edilmişdir

    Əvvəlki ilin müvafiq dövrünə

    nisbətən, faizlə

    01.05.2023-cü

    il vəziyyətinə hazır məhsul ehtiyatı

    Avtomobil benzini, min ton

    471,7

    131,1

    33,7

    Ağ neft, min ton

    179,5

    107,3

    28,3

    Qazoyllar (dizel yanacağı), min ton

    751,5

    126,1

    107,8

    Mazut, min ton

    3,1

    8,5

    1,7

    Sürtkü yağları, min ton

    21,1

    146,5

    7,3

    Maye qazlar, min ton

    91,7

    124,1

    1,6

    Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları,

    min ton

    365,2

    89,6

    45,6

    ondan:

         

    neft bitumu, min ton

    55,4

    56,8

    9,7

    neft koksu, min ton

    84,3

    145,8

    35,4

    Ən sərfəli kredit üçün müraciət et

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et