Azərbaycanda bu il benzin və dizel istehsalı azalıb | Banco.az

Azərbaycanda bu il benzin və dizel istehsalı azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2461,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 10,% azalıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu 8,6% artıb, avtomobil benzininin istehsalı 2,5%, dizel yanacağının istehsalı 24,7%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7%, neft koksunun istehsalı 33,8%, sürtkü yağlarının istehsalı isə 42,2% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-avqust 2022-ci il

İllik müqayisə, %

Avtomobil benzini, min ton

784,2

97,5

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

188,3

67,3

Ağ neft, min ton

357,4

106,1

Dizel yanacağı, min ton

1 264,5

75,3

Yanacaq mazutu, min ton

67,4

2,2 dəfə

Sürtkü yağları, min ton

23,4

57,8

Neft bitumu, min ton

257,5

108,6

Neft koksu, min ton

116,6

66,2

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et