Azərbaycanda bu il 15 mln. tondan çox neft hasil olunub | Banco.az

Azərbaycanda bu il 15 mln. tondan çox neft hasil olunub

Bu ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyinin məlumatına görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 463 min ton az olub.

Məlumata əsasən, respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları bloku, 1,6 mln. tonu (kondensat) "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb. Hesabat dövründə SOCAR üzrə hasilat 3,1 mln. ton təşkil edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram