Azərbaycanda BOKT-lərin kredit qoyuluşunda payı 2,5%-ə düşüb | Banco.az

Azərbaycanda BOKT-lərin kredit qoyuluşunda payı 2,5%-ə düşüb

Bu il iyulun 1-nə Azərbaycanda kredit qoyuluşu 13 482,6 milyon manat təşkil edib.

Bunun 2 181,8 milyon manatı və yaxud 16,2%-i dövlət banklarının, 10 964,2 milyon manatı və yaxud 81,3%-i özəl bankların, 336,6 milyon manatı və yaxud 2,5%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.

BOKT-lərin kredit qoyuluşundakı payı bu ilin may ayının yekununda da 2,7% təşkil edib. Mikromaliyyə qurumları ötən ilin yekununda kredit qoyuluşunda 3%, ötən ilin iyun ayının yekununda isə 3,2% paya malik olublar. 

Report.az