Azərbaycanda BOKT-ların aktivləri ötən il 9% artıb | Banco.az

Azərbaycanda BOKT-ların aktivləri ötən il 9% artıb

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri (“Aqrarkredit” istisna olmaqla) ötən ilin son rübü ərzində 9% artaraq cari il yanvarın 1-nə 342,6 mln. manat təşkil edib.

Hesabat ilində BOKT-lar tərəfindən müştərilərə verilən kreditlərin həcmi 5,4% artaraq 268,8 mln. manata yüksəlib.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 6,8% artaraq 201,4 mln. manata çatıb. Öhdəliklərin 87,7 mln. manatını cəlb edilmiş vəsaitlər(46,2 mln. manat bank kreditləri, 41,5 mln. manat digər maliyyə institutlarının kreditləri), 25,7 mln. manatını qiymətli kağızlar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

BOKT-ların nizamnamə kapitalı 103,8 mln. manatdan cari il yanvarın 1-nə 110,2 mln. manata yüksəlib.

Hesabata əsasən, ötən il ərzində BOKT-ların (“Aqrarkredit” istisna olmaqla) xalis mənfəəti 14,8 mln. manat təşkil edib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et