Azərbaycanda BMT-nin Milli Hesablar Sistemi tətbiq ediləcək | Banco.az

Azərbaycanda BMT-nin Milli Hesablar Sistemi tətbiq ediləcək

BMT-nin Statistika Komissiyasının qəbul etdiyi Milli Hesablar Sisteminin son versiyası (MHS–2025) Azərbaycanda da tətbiq ediləcək.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, işlərin 2026-2030-cu illəri əhatə edəcəyi planlaşdırılır. İşlərin əsas icrası Dövlət Statistika Komitəsi, digər icraçıları isə İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi olacaq.

Aiddiyyəti qurumlar beynəlxalq təcrübə öyrənilməklə MHS–2025-in Azərbaycanda tətbiqi ilə bağlı fəaliyyət planı hazırlayacaqlar.