Azərbaycanda bankomatların sayı artmaqda davam edir | Banco.az

Azərbaycanda bankomatların sayı artmaqda davam edir

Azərbaycanda quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 19 ədəd (+0,74%) artaraq, ilin əvvəlindən isə 102 ədəd (-3,79%) azalaraq cari il iyulun 1-nə 2 592 ATM təşkil edib.

Bu barədə "Report"a Mərkəzi Bankdan məlumat verilib.

Bankomatların 1 425 ədədi və ya 54,98%-i Bakıda, 1 167-i və ya 45,02%-i regionlarda yerləşir. İyun ayında paytaxtda 4 bankomat, regionda 15 yeni bankomat quraşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

İlin əvvəli ilə müqayisədə paytaxtda bankomatların sayı 5,13% və ya 77 ədəd, regionlarda 25 ədəd və ya 2,1% azalıb.

Hesabata əsasən, cari il iyulun 1-nə ölkədə hər 3,8 min nəfərə bir bankomat düşüb. İlin əvvəlində isə bu göstərici 3,6 min nəfər/ATM təşkil edib.

Ən sərfəli krediti almaq üçün müraciət et