Azərbaycanda bankların sosial kartların buraxılışına marağı aşağıdır | Banco.az

Azərbaycanda bankların sosial kartların buraxılışına marağı aşağıdır

Azərbaycanda banklar sosial kartların buraxılışına son dərəcə aşağı maraq göstərirlər. Bu barədə jurnalistlərə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov məlumat verib. Nazir deyib: "Bu səbəbdən sosial yardımların verildiyi sosial kartların dəyişdirilməsi üzrə tenderin vaxtı dəyişdirildi. Komissiyadan mənə verilən məlumata görə, təəssüf ki, "Kapital Bank"dan başqa heç bir bank tenderdə iştirak üçün ərizə verməyib". S.Müslümovun sözlərinə görə, yaxın vaxtlarda bu məsələ həll ediləcək. Nazir əlavə edib: "Həmçinin qeyd edim ki, kartların dəyişdirilməsi istənilən halda, bankların marağının səviyyəsindən və maraq göstərən bankların sayından asılı olmayaraq həyata keçiriləcək". Hal-hazırda ünvanlı sosial yardım (ÜSY) alanlar üçün plastik kartlar Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" tərəfindən buraxılır. Onlar həmçinin pensiya kartları buraxırlar.
Ünvanlı sosial yardım alanlar üçün plastik kartların yenilənməsinə dair qərar ÜSY-nin təyin olunması və ödənişi ilə bağlı mənfi halların aradan qaldırılması və bu sahədə şəffaflığın artırılması məqsədi ilə qəbul edilib.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: http://www.olaylar.az/news/social/83095

Ən sərfəli krediti almaq üçün müraciət et