Azərbaycanda bankların qeyri-faiz gəlirləri necə dəyişib? | Banco.az

Azərbaycanda bankların qeyri-faiz gəlirləri necə dəyişib?

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.

Bnlar "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Xalq Bank", "Bank of Baku", "Naxçıvan", "Rabitəbank", "Kapital Bank", "Günay Bank" və "Turan Bank"dır.

Ən yüksək dinamika "PAŞA Bank"da (2 dəfə), ən aşağı dinamika isə "Turan Bank"da (12%) qeydə alınıb.

1 bankın - "Azər-Türk Bank"ın qeyri-faiz gəlirləri dəyişməyib.

1 bank - "Pakistan Milli Bankının Bakı filialı bu ilin I yarısında qeyri-faiz gəlirləri əldə etmə də, ötən ilin eyni dövründə qeyri-faiz zərəri ilə üzləşib. Odur ki, bu bankın maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Qalan 15 bankın isə qeyri-faiz gəlirləri azalıb. Ən çox "Access Bank"da (79,1%), ən az azalma isə "Bank Avrasiya"da (2,6%) qeydə alınıb.

3 bankın qeyri-faiz gəlirləri 40 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri 40 milyon manatdan çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar "Kapital Bank" (100,95 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (60,407 milyon manat) və "PAŞA Bank"dır (42,923 milyon manat).

Qalan 23 bankdan 3-də qeyri-faiz gəlirləri 12-16 milyon manat arasında, 17 bankda 1-9 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et