Azərbaycanda bankların nağd dollar satışı artıb | Banco.az

Azərbaycanda bankların nağd dollar satışı artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 2 473 290,6 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən 1 108 911,3 min dollar və ya 81% çoxdur.

Bu müddətdə banklar tərəfindən əhalidən alınan nağd dollar kütləsinin həcmi 655 743,6 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 447 598,3 min dollar və ya 41 % azdır.

Qeyd edək ki, bu ilin iyul ayı ərzində banklar tərəfindən əhaliyə 149 677,5 min dollar satılıb, əhalidən isə 95 934,7 min dollar nağd dollar alınıb. Bu da iyul ayında iyun ayı ilə müqayisədə əhaliyə nağd dollar satışının 3,5% artması, əhalidən alışın isə 7,3% azalması müşahidə olunub.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et