Azərbaycanda bankların müştəri bazası 14% artıb | Banco.az

Azərbaycanda bankların müştəri bazası 14% artıb

Azərbaycanda bank müştərilərinin sayı illik 13,7% artaraq bu il avqustun 1-nə 8 547 197 nəfərə çatıb.

Aylıq müqayisədə isə 1%-ə yaxın artım müşahidə olunub.

Bank müştərilərinin 8 434 165 və ya 98,7%-ni fiziki şəxslər(ondan da 342 355-i sahibkarlıqla məşğul olanlardır) təşkil edib.

Hesabata əsasən, müştərilərin bank hesablarının sayı aylıq müqayisədə 1,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,5% artaraq bu il avqustun 1-nə 20 107 072-yə (85,5%-i cari, 13%-i kredit, 1,5%-i depozit hesabları) yüksəlib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et