Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir | Banco.az

Azərbaycanda bankların informasiya təhlükəsizliyi gücləndirilir

Azərbaycan Mərkəzi Bankı yerli bankların informasiya təhlükəsizliyinin artırılması üzrə qaydalar hazırlayır.

Bunu  Mərkəzi Bankın İnformasiya texnologiyaları departamenti rəhbərinin müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə yaradılmış xüsusi qrup ölkədə yeddi bankın informasiya təhlükəsizliyinin qiymətləndirilməsini keçirib.

Bundan başqa, banklara informasiya təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələr ünvanlayıb.

A.Quliyev bildirib ki, qaydalar hazırlanarkən Avropa ölkələri, Türkiyə, Sinqapur, Rusiya, Qazaxıstan və Böyük Britaniyanın mərkəzi banklarının təcrübələri tətbiq olunur.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et