Azərbaycanda bankların cəmi aktivləri 32 mlrd. manata yaxındır | Banco.az

Azərbaycanda bankların cəmi aktivləri 32 mlrd. manata yaxındır

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanın bank sektorunun 30 noyabr 2016-cı il tarixinə icmal göstəricilərini açıqlayıb. Palatadan verilən məlumata görə, yerli 32 bankın cəmi aktivləri 31,869 mrld. Manat, cəmi öhdəlikləri 29,579 mlrd. manat, balans kapitalı isə 2,29 mlrd. manat təşkil edib.

Bu banklardan 2-si dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Azərbaycan banklarının filiallarının sayı 568, söbələrinin sayı 129, bankomatlarının sayı 2 454-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 17 min nəfərdir.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 156, o cümlədən kredit ittifaqlarının sayı 109-dur. BOKT-in işçi heyəti 2882 nəfərdir. 

Mənbə: Report.az