Azərbaycanda bankların AMB-yə borcu artıb | Banco.az

Azərbaycanda bankların AMB-yə borcu artıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının Mərkəzi Banka (AMB) olan öhdəlikləri 2016-cı il avqust ayının 1-nə 7 093,1 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 174 mln. manat və ya 2,51% azalıb, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 698,6 mln. manat və ya 2,96 dəfə artıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya banklarının AMB-yə öhdəlikləri 1 718,1 mln.manat və ya 31,96% artım göstərib.  Artımın əsasən banklara dollarla verilən kreditlər hesabına yarandığı ehtimal edilir. Məhz iyul ayında manat dollarla müqayisədə 2,5% ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et