Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin mart ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 57,132.8 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 3 milyard 571.1 milyon manat və ya 6,7% artıb.
Belə ki, 1 mart 2025-ci il tarixinə ölkə banklarının cəmi aktivləri 53 mlrd. 561.7 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 49,617.4 mln. manat (6,1% artıb), balans kapitalı 7,515.4 mln. manat (10,3% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
