Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin aprel ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 57,960.8 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 3 milyard 105.2 milyon manat və ya 5,7% artıb.
Belə ki, 1 aprel 2025-ci il tarixinə ölkə banklarının cəmi aktivləri 54 mlrd. 855.6 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 50,292.5 mln. manat (4,9% artıb), balans kapitalı 7,668.3 mln. manat (11,2% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
