Azərbaycanda bankların aktivləri 5% artıb | Banco.az

Azərbaycanda bankların aktivləri 5% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin may ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 57,355.8 mln. manat təşkil edib.

Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 2 milyard 748,7 milyon manat və ya 5% artıb. 

Belə ki, 1 may 2025-ci il tarixinə ölkə banklarının cəmi aktivləri 54 mlrd. 607,1 mln. manat olub.

Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 49,695.5 mln. manat (4,3% artıb), balans kapitalı 7,660.3 mln. manat (9,7% artıb) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram