Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin dekabr ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 58,748.5 mln. manat təşkil edib.
Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 8 milyard 583.9 milyon manat və ya 17,1% artıb.
Belə ki, 1 dekabr 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 50 mlrd. 164.6 mln. manat olub.
Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 51,517 mln. manat (18% artıb), balans kapitalı 7,231.1 mln. manat (11,2% artıb) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
