Bu ilin iyul ayında Azərbaycanda həm manat, həm də dollarda banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verilir.
Orta faiz manatla kreditlərdə illik 10,42%-dən 9,18%-ə, xarici valyutada 10,03%-dən 9,73%-ə enib.
Manatla kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 20,62% olmaqla 30-90 günlük, ən aşağı isə illik 3% olmaqla 30 gündədək kreditlərdə qeydə alınıb. Xarici valyutada kreditlərdə isə ən yüksək orta faiz illik 17,22% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,22% olmaqla 30 günədək kreditlərdə olub.
Mənbə: Report.az